Sərnişin avtobusu aşdı: 15 yaralı

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.

ONNmedia xəbər verir ki, qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə çox sayda təcili yardım briqadaları cəlb olunub. Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.