Sərnişin avtobusu uçuruma yuvarlandı: 36 ölü

Peruda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 36 nəfər həlak olub.

ONN media xəbər verir ki, qəza ölkənin paytaxtı Limadan 70 kilometr aralıda, yolun “Şeytan döngəsi” (Curva del Diablo) kimi tanınan hissəsində baş verib. İçərisində təxminən 50 sərnişin olan avtobus toqquşmadan sonra 100 metr hündürlükdən uçuruma yuvarlanıb.

Avtobusun qalıqlarının çətin keçilən əraziyə düşməsi xilasetmə əməliyyatlarını mürəkkəbləşdirir. Qəza qurbanlarının sayının artacağı gözlənilir.