Sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girib qəza törətdi- FOTO

Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

ONN media “report”a istinadən xəbər verir ki, Rəsulov Rövşən Şamo oğlu idarə etdiyi “90-MP-597” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili ilə “Lukoil” yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib.

Lakin idarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.