ONN İnformasiya Agentliyi

Şəkidə 5 avtomobil toqquşdu

Şəkidə 5 avtomobil toqquşdu
22 Aprel 2023 - 17:15

Şəki şəhərində 5 avtomobil toqquşub, xəsarət alan var.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin M.Müşviq küçəsində qeydə alınıb.

Belə ki, ərazidə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png