ONN İnformasiya Agentliyi

Saatlı və Ağcabədidə ev yandı

Saatlı və Ağcabədidə ev yandı
27 Oktyabr 2021 - 20:59

Saatlı rayonunun Soltanabad kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Ağcabədi rayonunun Cəfərbəyli kəndində ümumi sahəsi 224 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 124 m² sahədə, mətbəxində 6 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png