ONN İnformasiya Agentliyi

Saatlıda bədbəxt HADİSƏ

Saatlıda bədbəxt HADİSƏ
27 Sentyabr 2018 - 15:16

Saatlı rayonunun Qazanbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən ONN media-ya verilən məlumata görə, sentyabrın 25-də saat 23 radələrində Saatlı rayonunun Qazanbatan kəndi ərazisində Dəqə Qorqud kənd sakini İlqar Rəşidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayanmış Saatlı şəhər sakini Əfsər Hacıyevə məxsus “QAZel” markalı avtomobilə vurub və nəticədə “QAZel” yolun kənarındakı su arxına aşıb.

Həmin vaxt bu nəqliyyat vasitəsini təmir edən Çolpı kənd sakini Təbriz Bayramov zərbənin təsirindən hadisə yerində ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png