ONN İnformasiya Agentliyi

Salyanda AĞIR QƏZA – 1 uşaq öldü, 2 nəfər yaralandı

Salyanda AĞIR QƏZA – 1 uşaq öldü, 2 nəfər yaralandı
10 Avqust 2019 - 22:23

Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMV” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Yardımlı rayon sakinləri – 1991-ci il təvəllüdlü Bağırova İntizar Ədalət qızı, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlu və 2010-cu il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğludur.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq S.Yarıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png