ONN İnformasiya Agentliyi

Salyanda ağır qəza 8 nəfər yaralandı

Salyanda ağır qəza 8 nəfər yaralandı
03 Dekabr 2017 - 15:47

Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla “Pajero” markalı minik avtomobili toqquşub.

ONN media APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər yaralanıb.

Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, yaralılardan 3-nün vəziyyəti orta-ağırdır. Onlar 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Kükəb Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı və Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğludur.

Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır.

Qəzada yüngül xəsarət alan digər 4 nəfərə isə ambulator yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png