ONN İnformasiya Agentliyi

Salyanda ağır qəza – YARALILAR VAR

Salyanda ağır qəza – YARALILAR VAR
11 İyun 2021 - 23:58

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara rayonu istiqamətində hərəkətdə olan minik avtomobillərindən biri digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində Yardımlı rayonunun Zəngələ kənd sakinləri – 1979-cu il təvəllüdlü Ağayev Şamil Sərdar oğlu və 1989-cu il təvəllüdlü Ağayev İsmayıl Əliqismət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png