ONN İnformasiya Agentliyi

Şamaxı-İsmayıllı yolunda avtomobil aşdı

Şamaxı-İsmayıllı yolunda avtomobil aşdı
17 Yanvar 2018 - 15:41

Şamaxı yolunda avtomobil aşıb.

ONN media xəbər verir ki, şahidlərin APA-ya veridyi məlumata görə, hadisə bu gün Muğanlı-İsmayıllı yolunda qeydə alınıb. Yolun buz bağlaması nəticəsində hərəkətdə olan "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Şahidlərin dediyinə görə, havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar son günlər həmin yolda hərəkət olduqca təhlükəlidir. Yolun hərəkət hissəsinin buzlaşması səbəbindən magistralda bir neçə belə qəza hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya hava şəraiti ilə əlaqədar sözügedən ərazidə nəqliyyatın hərəkətində problemlərin olduğunu təsdiqləyiblər. Lakin magistral yolda nəqliyyatın hərəkətinə hər hansı məhdudiyyət qoyulmayıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png