Şamaxı rayonunda bir neçə ev yanıb

ONN media  APA-ya istinadən xəbər  verir ki,  Şamaxı rayonunda yanğın hadisəsi 00:00 radələrində qeydə alınıb.
Məlumata əsasən, rayonun Şəhriyar qəsəbəsində 1 evdə başlayan yanğın qısa müddət ərzində qonşu evlərə keçib. Hadisə yerinə Şamaxı, Qobustan və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 5 ədəd texnika və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.