ONN İnformasiya Agentliyi

Santexnik ginekoloq olub, xəstələri müayinə etdi – Video

Santexnik ginekoloq olub, xəstələri müayinə etdi – Video
27 Yanvar 2018 - 16:40

Rusiyada xəstəxanaların birində santexnik ustası həkim xalatı geyinərək özünü həkim ginekoloq kimi təqdim edib.

ONN media ARB TV-yə istinadən xəbər verir ki, hadisə ölkənin Sverdlovsk vilayətinin Pervouralsk şəhərində baş verib.

31 yaşlı usta əvvəllər məhkumluq həyatı yaşayıb. O, xəsarətlərlə xəstəxanaya gəlib, vəziyyəti normallaşdıqdan sonra isə ağ xalat geyinərək "həkim" roluna girib və məhz ginekologiya şöbəsinə gəlib. Özünü ginekoloq kimi təqdim etdikdən sonra isə 4 gün xəstələri qəbul edib. Şöbəyə təzə həkimin gəlişi gözlənildiyindən, heç kim ondan şübhələnməyib. Nəhayət, həkimlərdən biri ondan şübhələnərək bu barədə polisə məlumat verir.

"Santexnik həkim" polis tərəfindən saxlanılıb. 4 gün ərzində qəbul etdiyi qadınlara yazdığı müalicələrdən hamı razı qalıb. Qadınlardan heç biri ondan şikayətçi olmayıb. Polis də fırıldaqçı "santexnik həkimi" sərbəst buraxıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png