Sentyabrın 29-u saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
ONN media xəbər verir ki, Abşeron rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.