ONN İnformasiya Agentliyi

Şirvanda akkumulyator oğrusu tutuldu

Şirvanda akkumulyator oğrusu tutuldu
28 Yanvar 2018 - 23:08

Salyanda oğurluqla məşğul olan şəxs saxlanılıb.

ONN  media xəbər verir ki, 1990-cı il təvəllüdlü Bəşirbəyli kənd sakini İsmayılov Qalib Ağası oğlu Qaraçala qəsəbəsindəki “Hacı Camalxan” kəndli-fermer təsərrüfatına məxsus “DAF” markalı yük maşınından iki ədəd akkumulyator oğurlayaraq Şirvan şəhərində satarkən polis əməkdaşları tərəfindən tutulub.

Hər birinin qiyməti 250-300 manat arasında olan akkumulyatorlar maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png