SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın

Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında güclü yanğın baş verib.

ONN media xəbər verir ki, bu barədə “Report”a yerli sakinlər məlumat verib.

Bildirilib ki, Bozdağın ətəklərində başlayan yanğın su bəndinə doğru hərəkət edir.

Hadisə yerinə Mingəçevir şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.