SON DƏQİQƏ: Bakıda növbəti dəhşətli intihar – Qadın özünü binadan atdı  

Bu gün Bakı şəhərində daha bir qadın özünü binadan ataraq intihar edib.

ONN media  xəbər verir ki, hadisə saat 16:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində əlillər binası adlanan binada baş verib. Orta yaşlı qadın özünü binadan atıb və yerindəcə keçinib.

Faktla bağlı araşdırmalara başlanılıb, əraziyə polis və prokurorluq əməkdaşları gəlib.