SON DƏQİQƏ: Hərbi qulluqçumuz saxlanıldı

Azərbaycan ordusunun hərbi qulluqçusu saxlanılıb.

ONN media xəbər verir ki, Müdafiə Nazirliyi tərkibində ordu kapitanı vəzifəsini daşıyan Vahid Şamil oğlu Rzayev Hərbi Prokurorluqda aparılan araşdırma zamanı rüşvət almaqda təqsirli bilinərək tutulub.

Kapitan Cinayət Məcəlləsinin 312.1-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi üzrə ittiham olunur.

Şübhəlinin işinə Bakı Hərbi Məhkəməsində baxılacaq.