SON DƏQİQƏ: Mebel sexi yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə ONN media -ya nazirlikdən məlumat verilib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.