ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Bakıda bazarda güclü yanğın başladı, yollar bağlandı

SON DƏQİQƏ: Bakıda bazarda güclü yanğın başladı, yollar bağlandı
22 Avqust 2019 - 17:04

Hadisə yerinə 10 təcili yardımbriqadası göndərilib.

Təcili yardıma hələ ki, 1 nəfər FHN-nin yanğınsöndürəni müraciət edib.

Xəsarət alanlar barədə məlumat yoxdur.

***

“Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.

***

Bakıda yanğın başlayıb.

Yanğın Nərmanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub. (oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png