ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Bakıda yaşayış binası yanır

SON DƏQİQƏ: Bakıda yaşayış binası yanır
12 İyun 2019 - 18:58

Yasamalda yaşayış binasında yanğın olub.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 17:49 dəqiqədə söndürülüb. Əlavə məlumat veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png