ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Hirkan Milli Parkında yanğın başladı

SON DƏQİQƏ: Hirkan Milli Parkında yanğın başladı
14 Yanvar 2021 - 21:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində Hirkan Milli Parkında yanğın olması barədə məlumat daxil olub.

ONN media  Fövqəladə Hallar Nazirliyinə istinadla, xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri əraziyə cəlb olunub. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları köməklik göstərirlər.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır. İlkin məlumata görə, təqribən 2 ha sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png