ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ! – Məktəbin tavanı dərs zamanı çökdü

SON DƏQİQƏ! – Məktəbin tavanı dərs zamanı çökdü
16 Sentyabr 2019 - 14:33

ONN media baku.ws-ə istinadən məlumat verir ki, hadisə rayonun Boluslu kəndində yerləşən orta məktəbdə baş verib.

Belə ki, səhər saatlarında 2-ci siniflərin ilk dərsə başladığı zaman sinif otağının tavanı uçub.

Hündürlükdən tökülən torpaq qatı nəticəsində sinif otağını toz bürüyüb.

Xoşbəxtlikdən hadisə baş verən zaman şagirdlərdən xəsarət alan olmayıb.Müəllimlərin köməyilə 20-dən artıq uşaq təhlükəsiz əraziyə çıxarılıb.

Yerli sakinlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir.

Həmin məktəb 1967-ci ildə istifadəyə verilib. Təhsil ocağının sinif otaqları yararsız vəziyyətdədir. Valideynlər Boluslu kəndi ərazisində yeni məktəb binasının inşa edilməsinə ehtiyac olduğunu bildiriblər.

Qeyd edək ki, Boluslu kəndində 1442 sakin yaşayır. Kənd orta məktəbində isə 232 şagird təhsil alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png