ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Xəstəxana YANDI – Xəstələr təxliyə olundu

SON DƏQİQƏ: Xəstəxana YANDI – Xəstələr təxliyə olundu
11 Dekabr 2019 - 12:23

Yevlaxda xəstəxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png