Sputnik”-in müxbiri Tacikistanda faciəvi şəkildə ölüb

“Sputnik” radiosunun müxbiri 45 yaşlı Qalim Fasxuddinov Tacikistanda yol nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə ölüb.

APA-nın “Sputnik Tacikistan”a istinadən verdiyi xəbərə görə, jurnalist işıqforun yaşıl işığında piyada keçidi ilə yolu keçərkən yüksək sürətlə hərəkət edən mikroavtobus onu vurub.

Q.Fasxuddinov təcili xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib.

Yüksək peşəkarlığı ilə tanınan jurnalist 1973 ildə anadan olub. Düşənbə Milli Universitetinin tarix fakültəsini bitirib. Uzun müddət radioda çalışıb. İki övladı olub.