Su quyusuna düşmüş pişiyi FHN-in əməkdaşları xilas etdi

Bakı şəhəri Xəzər rayonunda pişik dərinliyi 19 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONN media -ya bildirilir ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına gələrək pişiyi su quyusundan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.