Sumqayıtda 4 otaqlı ev yanıb

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 28 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.