ONN İnformasiya Agentliyi

Sumqayıtda bayram günü QORXUNC HADİSƏ: 3 nəfər ağır xəsarət aldı – FOTO

Sumqayıtda bayram günü QORXUNC HADİSƏ: 3 nəfər ağır xəsarət aldı – FOTO
01 Yanvar 2018 - 14:56

Bayram günü Sumqayıt şəhərində satışı qadağan olunmuş pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

ONN media "Report"a istinadən xəbər verir ki, əl nahiyələrindən xəsarət alan şəhər sakinləri – 42 yaşlı Emin Ağayev, 38 yaşlı Elşad Əliyev və 47 yaşlı İlham Şəfqətov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Həkimlərin dərhal müdaxiləsindən sonra Emin Ağayev və Elşad Əliyevin əli əməliyyat olunub. İlham Şəfqətovun vəziyyəti ağır olduğundan 2 barmağı amputasiya edilib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png