Sumqayıtda qadın sürücü piyadanın üstündən keçdi

Sumqayıtda qadın sürücü yol-nəqliyyat hadisəsi törədib.

ONN media xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacibəyov küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Haci Zeynalabdin qəsəbəsi sakini, 1962-ci il təvəllüdlü Südabə Ağaverdi qızı Ağayeva Ü. Hacıbəyov küçəsində yolu keçmək istəyərkən onu qarşı tərəfdən gələn "Hyundai" markalı, 90-OF-039 dövlət nömrə nişanlı avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, qadın sürücünün idarə etdiyi avtomobil o qədər yüksək sürətlə hərkət edib ki, Südabə Ağayevanı vurandan sonra onun üstündən keçib.

Hadisə nəticəsində piyadanın sağ bud sümüyü sınıb və o, ağır kəllə-beyin travması alıb. Yaralı Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S.Ağayevanın vəziyyətinin ağır olduğu bildirilir.

Adı hələlik açıqlanmayan sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (report)