ONN İnformasiya Agentliyi

Suraxanı rayonunda 2 yaşlı körpə zəhərlənib

Suraxanı rayonunda 2 yaşlı körpə zəhərlənib
07 Fevral 2018 - 11:16

Hadisə Hövsan qəsəbəsində baş verib.

ONN media-nın əldə etdiyi məlumata görə, Çöllük küçəsində yaşayan, 2016-cı il təvəllüdlü Amin Amil oğlu Nəsirov zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım işçilərinin köməkliyi ilə 1 saylı şəhər xəstəxanasının Toksikologiya Şöbəsinə çatdırılıb. 

Həkimlərin köməkliyi nəticəsində körpənin həyatı xilas olunub və məlum olub ki, A.Nəsirov xlor məhlulundan zəhərlənib. Körpəyə tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. 

Faktla bağlı Suraxanı RPİ-nin 30-cu Polis Bölməsi tərəfindən araşdırmalara başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png