Sürücü sıxılı vəziyyətdə qaldı

Şəkidə yol qəzası nəticəsində bir nəfər xəsarət alıb.

ONN media-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Köbər Zəyzid kəndində "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində ağaca çırpılıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​