Tələbələri daşıyan avtobus aşdı – 18 nəfər xəstəxanada

Türkiyənin Konya vilayətində tələbələri daşıyan avtobus aşıb.

ONN media Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 18 tələbənin yaralandığı bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Hadisə ilə bağlı araşdırma başlayıb.