Tələbələri daşıyan avtobus aşdı: 3 ölü, 44 yaralı

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusu aşıb.

ONN media xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb.

Bursa valisi Yaqub Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib.

O qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub:

“Onlardan 3-ü müəllim, 2-si sürücü olub.

Sərnişinlər arasında müəllimlərin övladları da var.

İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib”.