ONN İnformasiya Agentliyi

Təcili yardım maşını qəzaya uğradı: xəsarət alan var — FOTO

Təcili yardım maşını qəzaya uğradı: xəsarət alan var — FOTO
22 İyul 2018 - 16:34

Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində təcili yardım maşını qəzaya uğrayıb.

ONN media Virtualaz.org-a istinadən xəbər verir ki, "103" təcili yardım xidmətinə məxsus 90 JM 941 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşın çağırış yerindən qayıdarkən şəhərin Ə.Hüseynzadə və Ə.Hüseynov küçələrinin kəsişməsində Salyan rayonunun Arbatan kənd sakini, 26 yaşlı Röyal Rasim oğlu Babayevin idarə etdiyi 90 NJ 517 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "07"nin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png