ONN İnformasiya Agentliyi

Tərtərdə ağır qəza baş verib – Ölənlər var

Tərtərdə ağır qəza baş verib – Ölənlər var
31 May 2023 - 10:11

Tərtərdə avtomobil ağaca çırpılıb, ölənlər var.

ONN media xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Daha sonra maşın ağaca çırpılıb.

Nəticədə sürücü xəsarət alıb, sərnişinləri – 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır//metbuat.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png