Tayvanda helikopter qəzaya uğrayıb, 6 nəfər itkin düşüb

Tayvan sahillərində “UH-60M Black Hawk” helikopteri qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Tayvan Daxili işlər nazirliyinin məlumatında bildirilir.

Hadisə nəticəsində 6 nəfər itkin düşüb. Məlumata əsasən, Lanyuy adasından havaya qalxan, tibbi yardım və təxliyə tədbirləri həyata keçirən helikopterlə əlaqə kəsilib.

Hazırda qəzanın təfərrüatları müəyyənləşdirilir, bölgədə axtarış-xilasetmə əməliyyatı aparılır.