ONN İnformasiya Agentliyi

“Torqovı”da 19 yaşlı gənc bıçaqlandı – Sevdiyi qıza sataşdılar

“Torqovı”da 19 yaşlı gənc bıçaqlandı – Sevdiyi qıza sataşdılar
22 Dekabr 2017 - 8:17

Bakının mərkəzində 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb.

ONNmedia xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Nizami küçəsində, "Torqovi" kimi adlanan ərazidə 1998-ci il təvəllüdlü Rəşad Zeynalov sevdiyi qızla Yeni il şənliyi ilə bağlı hazırlanmış işıqdan dekorasiya ilə düzəlmiş ərazidə şəkil çəkdirirmiş. Bu zaman 3 naməlum oğlan mobil telefonla həmin qızın fotosunu çəkirmiş. Bundan əsəbləşən R.Zeynalov onlarla mübahisə edib. Nəticədə R.Zeynalov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinənlər ərazidən qaçarkən Səbail RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları onlardan birini saxlaya bilib. Digər şəxslər axtarışdadır.(Report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png