Tovuzda mina partladı – Yaralanan var

Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.

ONN media xəbər verir ki, rayon sakini Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb.

Xəstəxanaya yerləşdirilən A.Ələsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır//metbuat.az