ONN İnformasiya Agentliyi

Toya gedirdilər, qəzaya düşdülər – 6 NƏFƏR…

Toya gedirdilər, qəzaya düşdülər – 6 NƏFƏR…
26 Noyabr 2019 - 21:20

Toya gedən avtomobillər toqquşub, 6 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunda, Göyçayın Bığır kəndi ərazisində baş verib. Minik avtomobili ilə Göyçayın Qaraməryəm kəndindən rayon mərkəzində keçirilən toy mərasiminə gedən kənd sakinləri, qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Qaraməryəm kənd sakinləri 1964-cü il təvəllüdlü Abbasov Əmirşah Aslan oğlu, 1964-cü il təvəllüdlü Abbasova Qənimət Xəlil qızı, 2007-ci il təvəllüdlü Seyidov Rövşən Əziz oğlu, 1981-ci il təvəllüdlü Seyidov Əziz Musa oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Samir Sabir oğlu, 2004-cü il təvəllüdlü Məmmədzadə Elmir Samir oğlu Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png