Türkiyədə 84 FETÖ üzvü yaxalandı

Türkiyə polisi İstanbul şəhərində antiterror əməliyyatı keçirib.

ONN media Türkiyə mediasına istinadla xəbər verir ki, polis 21 bölgədə axtarış işləri aparıb.

Əməliyyat zamanı 84 nəfər saxlanılıb. Onlara qarşı Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə ittiham irəli sürülüb.

İstanbul məhkəməsi 45 nəfər barəsində həbs qərarı çıxarıb.