ONN İnformasiya Agentliyi

Türkiyə öz raket kompleksini sınaqdan keçirdi – Video

Türkiyə öz raket kompleksini sınaqdan keçirdi – Video
02 Fevral 2018 - 9:56

Türkiyə HİSAR zenit raket komplekslərinin sınağını keçirib.

ONN media xəbər verir ki, orta mənzilli müdafiə sisteminin sınağı Ağsaray vilayətində baş tutub. Sınağı Türkiyə Müdafiə naziri Nurəddin Canikli, onun müşaviri Əli Fidan, ASELSAN Direktorlar Şurasının rəhbəri İbrahim Özqul, ROKETSAN şirkətinin direktoru Səlcuq Yaşar izləyib.

Qeyd edək ki, HİSAR sınaqlardan keçdikdən sonra silahlanmaya qəbul ediləcək.

HİSAR ASELSAN və ROKETSAN şirkətlərinin ortaq layihəsidir.

Qeyd edək ki, HİSAR-O-nun 2016-cı ilin dekabrında ilk sınağı keçirilmişdi. Uğurla keçən bu sınaqdan sonra raket kompleksinin təkmilləşdirilməsi prosesi davam etdirilirdi.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png