Ucar və Göygöldə ev yanıb

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Ucar rayonu, Əlikənd kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 160 m² sahədə yanıb.

ONN media-nın əldə etdiyi məlumt görə, evin qalan hissəsi və ona bitişik ümumi sahəsi 252 m² olan talvar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər yanğın faktı isə Göygöl rayonun qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonunda ümumi sahəsi 75 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 35 m2 sahədə yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.