ONN İnformasiya Agentliyi

Ukraynada vertolyot qəzası: ölənlər var

Ukraynada vertolyot qəzası: ölənlər var
26 Yanvar 2018 - 8:58

Ukraynada Mi-8 vertolyotu qəzaya uğrayıb.

ONN media xəbər verir ki, bu barədə RİA "Novosti" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Poltava vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Svetlana Rıbalkoya istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, vertolyot televiziya qülləsinə çırpılıb və Poltava vilayətinin Kremençuq şəhərində yerə düşüb. Hadisə zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı qəza zamanı həlak olub.

Mətbuat katibinin sözlərinə görə, vertolyot xüsusi aviaşirkətə məxsus olub və təlim-məşq uçuşu keçirirmiş.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png