Ukraynaya gedən gəmi Türkiyə sahillərində batdı

Ukraynaya gedən gəmi Türkiyə sahillərində batıb.

ONN media xəbər verir ki, bu barədə Antalya vilayətinin qubernatoru Ersin Yazıçı məlumat verib.

Məlumata görə, gəmidə ümumilikdə 14 ekipaj üzvü olub. Onlardan 5-i artıq xilas edilib.

Türkiyə Sahil Mühafizəsinin açıqlamasında bildirilib ki, Qvineya-Bisau bayraqlı gəmi aprelin 5-də yerli vaxtla saat 03:47-də Kumluca şəhəri sahillərində İskəndərun-İzmail marşrutu üzrə hərəkətdə olarkən batıb.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter və sahil mühafizəsinin bir təyyarəsi cəlb olunub.

Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğunda araşdırmalara başlanılıb.