ONN İnformasiya Agentliyi

“Uşaqlığın son gecəsi”nin aktyoru evində ÖLÜ TAPILDI

“Uşaqlığın son gecəsi”nin aktyoru evində ÖLÜ TAPILDI
13 Dekabr 2019 - 17:40

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

ONN media xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğludur.

Qorxmaz Ataşikiyevin məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olduğunu yazıb. Ömrünün son illərini ağır maddi durumda və evsiz keçirən Qorxmaz Atakişiyev metronun “Ulduz” stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində kirayə tutduğu otaqda yaşayırmış.

Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə, ayaqları tutulub. Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib.

Qeyd edək ki, Qorxmaz Atakişiyev aktyor olmayıb və yalnız bir dəfə – “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png