ONN İnformasiya Agentliyi

Xəzərdə içərisində sərnişinlər olan gəmi batıb

Xəzərdə içərisində sərnişinlər olan gəmi batıb
16 Fevral 2024 - 8:32

Əlverişsiz hava şəraiti səbəbindən Xəzər dənizində göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmi batıb.

Bu barədə fevralın 15-də Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, Xəzər dənizində sahil zolağından təxminən yeddi kilometr aralıda hərəkət edərkən gəmi pisləşən hava şəraiti səbəbindən batıb”, – deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda deyilir.

Bildirilib ki, təxminən üç saat suda qaldıqdan sonra bir nəfər sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda itkin düşən iki nəfərin axtarışları davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png