Xəzərdə tanker partladı: 3 ölü, 3 yaralı

Mahaçqala limanındakı tankerdə partlayış baş verib.

ONN media xəbər verir ki, bu məlumatı Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi yayıb. Partlayış tankerdən neft məhsulunun ötürülməsi zamanı olub.

İnsident nəticəsində beş nəfərin xəsarət alıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

Yaralananlardan birinin vəziyyətinin ağır olduğu və bədəninin 95%-nin yandığı bildirilib.

***

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.