ONN İnformasiya Agentliyi

Xəzər dənizində BƏDBƏXT HADİSƏ: Ölən var

Xəzər dənizində BƏDBƏXT HADİSƏ: Ölən var
27 Dekabr 2019 - 18:07

Xəzər dənizində balıqçı bədbəxt hadisə nəticəsində ölüb.

ONN media xəbər verir ki, hadisə Xəzər dənizinin Hövsan qəbəsə sahilinə yaxın “42-ci yanalma körpüsü” adlanan ərazidə qeydə alınıb. Paytaxt sakini, 1980-ci il təvəllüdlü Kudaybirqanov Emil Şamilyeviç iki dostu ilə birlikdə matorlu qayıqla balıq tutmaq məqsədi ilə dənizə gedib. Sahildən dənizə doğru 1 kilometr irəlilədikdən sonra qayıq dənizdə olan dəmir boru ilə toqquşub.

Nəticədə qayıq aşaraq çevrilib. Dostlar çevrilmiş qayığın üstünə çıxsa da, E.Kudaybirqanov donvurmadan ölüb. Digər iki şəxs DSX-nin Sahil Mühafizə Mərkəzinin Hövsan Sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən xilas edilib.

Meyitin müayinəsi üçün ekspertiza təyin olunub, faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png