ONN İnformasiya Agentliyi

Xaçmazda ağır qəza- Ölənlər var

Xaçmazda ağır qəza- Ölənlər var
07 Dekabr 2019 - 10:08

Xaçmazda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

ONN media xəbər verir ki, dekabrın 6-sı axşam saatlarında Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində qoşqulu yük maşını ilə “Lada Priora” markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 1987-ci il təvəllüdlü Xaçmaz rayon Çarxı kənd sakini Əliyev Rəşid Elşad oğlu və 42 yaşlı Hüseynov Fariz Balazahid oğlu ölüb. Qəzada xəsarət alan 1980-ci il təvəllüdlü Əliyev Sadiq Əliverdi oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png