Xarici vətəndaş “Şahdağ”da öldü

“Şahdağ” turizm mərkəzində ölüm faktı qeydə alınıb.

Şri-Lanka vətəndaşı, 1964-cü il təvəllüdlü Kasturi Mudiyanselage Sherley Neomal Krishantha qəflətən ölüb.

Onun ürək tutmasının öldüyü bildirilir.

Qeyd edək ki, Şri-Lanka vətəndaşı “Şahdağ” turizm mərkəzində hotellərdən birində çalışıb.

Faktla bağlı araşdırma aparılır./APA/