ONN İnformasiya Agentliyi

Xırdalanda qorxunc hadisə – Məktəbli qızlar…-VİDEO

Xırdalanda qorxunc hadisə – Məktəbli qızlar…-VİDEO
24 Yanvar 2020 - 11:25

Dünən Xırdalan şəhərində avtomobil 2 məktəbli qızı vurub.

ONN media xəbər verir ki, Heydər Əliyev prospektində “Mercedes C Class” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub.

Məktəblilərdən birinin dizi, digərinin isə onurğa sütunu sınıb. Onların ikisi də Kliniki Tibbi Mərkəzə aparılıblar.

Onurğasından ağır xəsarət alan 14 yaşlı Fidanın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.

Faktla bağlı araşdırma aparılır.

Video Oynadıcı

00:00
00:23

P

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png